Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.
48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev tərəfindən öldürüldüyü bildirilib.
Mərhumun qonşusunun sözlərinə görə, təzə evli olan cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:
“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi”.
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.
Ətraflı Baku TV-nin süjetində: