Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.
Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.