Rusiya Ukraynaya "İsgəndər"lərlə zərbə endirdi

10:47 - 29 Mart 2024 - DÜNYA

Ötən gün Ukraynaya hücum edən Rusiya ordusunun 84 hava hədəfi məhv edilib

Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri 58 "Şahed" PUA və 26 raketi vurub.

Ötən gecə 99 hava hücumu silahından istifadə edilib.
60 PUA, 3 ədəd "Kh-47M2 Kinjal" aeroballistik raketi, 2 ədəd İsgəndər-M ballistik raketi, 9 ədəd "Kh-59" idarə olunan təyyarə raketi, 4 ədəd "İsgəndər-K" qanadlı raketi, 21 ədəd "Kh-101/Kh-555" qanadlı raketi.

58 PUA, 17 "Kh-101/Kh-555" raketi, 5 "Kh-59" raketi, 4 "İsgəndər-K" qanadlı raketi Ukrayna HHQ tərəfindən məhv edilib.

Xəbər xətti