Keniyada tələbələri daşıyan avtobus qəzaya uğrayıb - 11 ölü, 46 yaralı...

12:33 - 19 Mart 2024 - DÜNYA

Keniyada avtobusla yük maşınının toqquşması nəticəsində azı 11 nəfər ölüb, 46 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Star” qəzeti polisə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, qəza leysan yağış zamanı baş verib. 

Qəzetin məlumatına görə, avtobusda Kenyatta Universitetinin tələbələri olub. 42 nəfər ağır, daha 4 nəfər isə yüngül xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Xəbər xətti