AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Ucnoqta.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti açılqlayıb.
Yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb. Tribunal paytaxt təmsilçisinin müraciətini təmin etməyib.
Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə oyununun 90+5-ci dəqiqəsində rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə birbaşa qırmızı vərəqə alan Ağadadaş Salyanskinin cəzası dəyişməz qalıb. Onun 4 oyun cəzalanması, komandanın 300 manat cərimə edilməsi qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Neftçi” Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilmək hüququna malikdir.