Rövnəq Abdullayev AFFA prezidentliyini tərk edir

15:40 - 1 Mart 2024 - İDMAN

Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyi ilə bağlı son qərarını verib.

Ucnoqta.az xəbər verir ki, Abdullayev növbəti prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

O, Gəncə Futbol Akademiyasının açılış mərasimdə bu barədə danışıb.

2008-ci ildən AFFA prezidenti olan Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.

Xəbər xətti