Saksoniya şahzadəsi Kseniya Florens Qabriela Sofi Ayris Playboy jurnalının Almaniya nömrəsinin siması olub.
Ucnoqta.az xəbər verir ki, nəşr fotorları İnstaqramda dərc edib.
Saksoniyanın sonuncu kralı III Frederik Avqustun 37 yaşlı böyük nəvəsi kişi jurnalı üçün poza verən ilk aristokrat olub. Üz qabığında Saksoniya şahzadəsi tamamilə çılpaq olub.
Nəşrə müsahibə verən Saksoniya şahzadəsi fotoları ilə “hər bir qadının olduğu kimi gözəl olduğunu” göstərmək istədiyini bildirib.
“Sadəcə kiməsə xoş gəlmək üçün trendlərə uyğun gəlməli və ya bədəninizdə əməliyyat keçirməli deyilsiniz. Mənim uzanma izlərim var, onları göstərə bildiyim üçün fəxr edirəm” - Frederik III Avqustun böyük nəvəsi deyib.