Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.
"Report"un xəbərinə görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs ifadə verir.
O, elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.