İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri Fars körfəzində təxminən 4,5 milyon litr qaçaqmal yanacaq daşıyan iki neft tankerini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, gəmilər Əbu Musa adasının sahillərində saxlanılıb. Tankerlərdən biri 2,28 milyon litr qaçaqmal yanacaq daşıyıb, göyərtəsində hamısı xarici vətəndaş olan 13 ekipaj üzvü olub. İkinci tanker 2,3 milyon litr qeyri-qanuni ixrac olunmuş neft daşıyırdı və göyərtəsində 21 ekipaj üzvü (onlar da başqa dövlətlərin vətəndaşlarıdır) olub. Bütün qaçaqmalçılar nəzarətə götürülüb.
Qurum saxlanılanların vətəndaşlığı ilə bağlı məlumat verməyib.