Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya Böyük Britaniyanın şimal-şərqində fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplardan birinin liderinin İstanbulda həbs edildiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazir X nazir sosial şəbəkə hesabında yazıb.
“İngiltərənin şimal-şərqində mütəşəkkil narkotik alveri ilə məşğul olan dəstənin lideri, İnterpolun Qırmızı Bildirişi ilə axtarışda olan Şon Monaqan İstanbulda “Qəfəs 16” əməliyyatı zamanı ələ keçirilib”, – nazir qeyd edib.
O, qeyd edib ki, İnterpol orderində Monaqanın narkotik vasitələrin qanunsuz dövriyyəsi, sağlamlığa zərər vurması və qanunsuz silah və sursat saxlama ilə bağlı cinayətlərdə şübhəli bilindiyi göstərilir.
O, oktyabrın 25-də İstanbula gəlib və Fatih səmtindəki oteldə qalıb. Dekabrın 4-də İnterpol Monaqana qırmızı bildiriş verib və həmin şəxs ertəsi gün İstanbul polisi tərəfindən həbs edilib.