İran kosmosa uğurla yeni biokapsulu buraxıb

11:34 - 6 Dekabr 2023 - DÜNYA

İran Yer atmosferindən kənara yeni biokapsulu uğurla buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, 500 kq ağırlığında yeni biokapsul “Salman” daşıyıcı raketindən istifadə etməklə 130 km yüksəkliyə buraxılıb. Bu kapsul insanların kosmosa göndərilməsi üçün yol xəritəsinin bir hissəsi kimi hazırlanıb. Layihə İslam Respublikası Müdafiə Nazirliyinin yurisdiksiyasında olan Aerokosmik Sənaye Təşkilatı tərəfindən həyata keçirilib.

Xəbər xətti