Samuxda silah-sursat aşkarlanıb

08:27 - 6 Dekabr 2023 - Xəbər

Samuxda yol kənarında silah-sursat aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndi ərazisində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir

Xəbər xətti