Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə yeni QƏRAR

09:50 - 8 İyun 2023 - Cəmiyyət

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı prokurorun təqdimatına baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi təqdimatı təmin edib.

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Xəbər xətti