Azərbaycanda evlilik məqsədi ilə qaçırılan məktəbli qız ailəsinə verildi

10:50 - 7 İyun 2023 - Cəmiyyət

Salyan rayonunda qaçırılan məktəbli qızın yeri müəyyən edilib. 

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, 15 yaşlı qız tapılaraq ailəsinə verilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat Oxu.Az-a təsdiqlənib. 

Bildirilib ki, iyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-nə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir. 

Xəbər xətti