Ötən sutka 38 yanğına çıxış olub - FHN

12:05 - 6 İyun 2023 - ÖLKƏ İÇİ

Ötən sutka ərzində 38 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib, bağlı qapı arxasında aşkar olunun bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin Ağsu rayonunda "KamAZ" markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti