Zaporojye AES-ə heç bir təhlükə yoxdur - AEBA

11:23 - 6 İyun 2023 - DÜNYA

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (ABEA) ekspertləri Kaxovskaya SES-də baş verənlərdən xəbərdardırlar.

Ucnoqta.az xəbər verir ki,  bu barədə təşkilat Twitter-də bildirib. ABEA qeyd edib ki, Zaporojye AES-in təhlükəsizliyi üçün dərhal təhlükə yoxdur.

“Zaporojye AES-də AEBA ekspertləri vəziyyəti diqqətlə izləyir, stansiyada nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur”, - açıqlamada deyilir.

Xəbər xətti