Vilayət Eyvazov polis rəisini işdən çıxardı

11:19 - 6 İyun 2023 - Xəbər

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədov vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.

Xəbər xətti