Tanınmış telejurnalistin intiharının qarşısı alındı

10:38 - 6 İyun 2023 - Cəmiyyət

Tanınmış telejurnalist Ceyhun Rzayev bu gün saat 11-də intihar edəcəyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları məsələyə müdaxilə ediblər. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O qeyd edib ki, telejurnalist Ceyhun Rzayevin intihar fikrindən daşındırılıb və polis orqanına dəvət edilib:

“Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”.

Xəbər xətti