Rusiyaya PUA-larla hücum olub

09:40 - 2 İyun 2023 - DÜNYA

Rusiyanın Smolensk vilayətində dünən gecə pilotsuz təyyarələr qaz və neft emalı zavoduna hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qazpaylayıcı stansiya səhər saat üç radələrində hücuma məruz qalıb, partlayış orada baş verib. Xəsarət alan olmayıb, mütəxəssislər mümkün zədələnmələri aşkar etmək üçün qaz kəmərində araşdırma aparırlar. Partlayış yerində dron və kraterin parçaları tapılıb.

Daha sonra Poçinkovski rayonunda neft emalı zavodunda partlayış baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xəbər xətti