"Real Madrid" Benzemanı klubdan yola salmaq üçün hazırlıqlara başladı

08:08 - 1 İyun 2023 - İDMAN

"Real Madrid" Benzemanı klubdan yola salmaq üçün hazırlıqlara başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Relevo yazıb. Nəşr bildirir ki, "Real Madrid" hücumçu Kərim Benzemanın klubundan yola salınma mərasiminə hazırlaşır.

Belə ki, mayın 31-də futbolçu məşq başlamazdan 4 saat əvvəl komandanın bazasına gəlib və gecə saatlarında oranı tərk edib. Eyni zamanda, zədəsini sağaltmaqda davam edən hücumçu qalan futbolçularla məşq etməyib.

Məşqdən sonra Benzema "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ilə görüşüb. Artıq sosial şəbəkələrdə Benzema ilə bağlı materiallar, eləcə də "Atletik"lə ev oyunu öncəsi vida mərasimi hazırlamağa başlayıb.

KİV-in məlumatına görə, Benzema artıq Madrid klubunun rəhbərliyinə Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçmək niyyəti barədə məlumat verib və o, 36 yaşlı oyunçuya iki illik müqavilə və hər mövsüm üçün 100 milyon avro təklif edib.

Xəbər xətti