Bakıda bu tarixdən hava pisləşəcək - XƏBƏRDARLIQ

09:32 - 30 May 2023 - Cəmiyyət

Bakı və Abşeron yarımadasında hava şəraiti kəskin pisləşəcək.

Ucnoqta.az xəbər verir ki, iyun ayının 5-i və 6-sı güclü külək müşahidə olunacaq.

İyunun 5-dən etibarən havanın tempraturu digər günlərə nisbətən 4-5 dərəcə aşağı düşəcək və güclü külək olacaq.

Güclü külək növbəti gün də davam edəcək. İyunun 6-da gecə havanın temperaturu 18 dərəcəyə qədər aşağı düşəcək.

Xəbər xətti