Meksikada miqrasiya mərkəzində yanğın nəticəsində 39 nəfər ölüb

11:42 - 28 Mart 2023 - HADİSƏ

Meksikanın Syudad-Xuares şəhərində miqrasiya xidməti mərkəzində baş vermiş yanğın nəticəsində azı 39 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milenio qəzeti məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti miqrantlardır.

Həmçinin 100-ə yaxın insanın xəsarət və zəhərlənmədən əziyyət çəkdiyini, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Yanğının ABŞ-la sərhəddə yerləşən miqrasiya xidmətinin mərkəzində olan saxlanılan miqrantlar tərəfindən törədildiyi güman edilir.

Xəbər xətti