Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib.
Bu barədə Ucnoqta.az-a nazirlikdən xəbər verilib.
Bildirilib ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.
Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.