Ucnoqta.az
www.ucnoqta.az

Ötən ay 3000-dən çox şəxsə əlillik təyin olunub

16:25 - 21 Fevral 2023 tarixində dərc olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib.

Bu barədə Ucnoqta.az-a nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.

Müəllif: Ucnoqta.az redaksiyası