Ermənistan Azərbaycana sülh müqaviləsinin yeni variantını təqdim edəcək
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
"Ermənistan sülh müqaviləsinin mətni üzərində işləyir və tezliklə onu Azərbaycana təhvil verəcək. Hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır" - Qriqoryan deyib.