Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Ucnoqta.az xəbər verir ki, dağıntılar altından səs eşidən xilasedicilər 35 yaşlı Özlem Yılmaz və onun 6 yaşlı qızı Hatice ilə əlaqə saxlayıb. Görülən işlər nəticəsində ana və qızı xəsarətlə dağıntılar altından çıxarılıb.
Onlar həkimin ilk müdaxiləsindən sonra təcili yardımla xəstəxanaya aparılıb.