Ucnoqta.az
www.ucnoqta.az

Zəlzələdən 117 saat sonra ana və 6 yaşlı qızı xilas edilib - <font color=red><b>FOTO</b></font>

12:37 - 11 Fevral 2023 tarixində dərc olunub.

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Ucnoqta.az xəbər verir ki, dağıntılar altından səs eşidən xilasedicilər 35 yaşlı Özlem Yılmaz və onun 6 yaşlı qızı Hatice ilə əlaqə saxlayıb. Görülən işlər nəticəsində ana və qızı xəsarətlə dağıntılar altından çıxarılıb.

Onlar həkimin ilk müdaxiləsindən sonra təcili yardımla xəstəxanaya aparılıb.

Müəllif: