Qətərdə keçirilən dünya çempionatında Yaponiya və Xorvatiya yığmaları arasında 1/8 final oyunu keçirilib.
Ucnoqta.az xəbər verir ki, oyunun 44-cü dəqiqəsində Daydzen Maedanın qolu ilə Asiya təmsilçisi irəli keçib -1:0. Perişiçin 56-cı dəqiqədə vurduğu qolla hesab bərabərləşib.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib, əlavə vaxtda da hesab dəyişmədiyindən 1/4 finalçının adına penaltilər seriyasında aydınlıq gətirilib. Penaltilər seriyasında daha dəqiq olan Xorvatiya 1/4 finala yüksəlib.
Emin