2023-cü ildə Çində keçirilməsi nəzərdə Formula 1 yarışı ləğv olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, buna koronavirusa yoluxmanın yenidən Çində artması səbəb olub.
Qeyd edək ki, Çin Qran-Prisinin gələn il aprelin 14-dən 16-dək keçirilməsi planlaşdırılırdı.