"Dünya çempionatından sonra milli komandada oynamayacağam”
Ucnoqta.az xəbər verir ki, futbol üzrə Almaniya millisinin yarımmüdafiəçisi Tomas Müller dünya çempionatındakı uğursuzluqdan sonra açıqlama verib. O bildirib ki, Kosta-Rika ilə oyun onun millidəki sonuncu oyunudur.
"Bu, tam bir fəlakətdir, indi nə olacağını dəqiq bilmirəm”,- yarımmüdafiəçi deyib. Daha sonra azarkeşlərə müraciət edib: “Hər kəs, çox sağ olsun, birlikdə inanılmaz anlar yaşadıq. Həmişə, hər oyunda yaxşı oynamağa, hər şeyi meydanda qoymağa çalışmışam. Hərəkətlərim bəzən ağrı gətirirdi, amma sevinc göz yaşı gətirənlər də olurdu. Mən hər şeyi sevgi ilə etdim, buna əmin ola bilərsiniz”.
Qeyd edək ki, görüş almanların qələbəsi ilə yekunlaşıb. Amma üç oyunun nəticəsinə görə, Almaniya yığması 1/8 finala yüksələ bilməyib.
Emin