Bu gün Qətərdə təşkil olunan futbol üzrə 2022-ci il dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.
Ucnoqta.az xəbər verir ki, H qrupunda isə Portuqaliya millisi Cənubi Koreya ilə, Qana isə Uruqvayla üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 
                       
                                             
                                                        
G qrupunda Braziliya yığması Kamerunla, İsveçrə seçməsi Serbiya ilə qarşılaşacaq. Bu cütlərin oyunu isə saat 23:00-da başlayacaq.
DÇ-2022 
                       
                                             
                            
                            
Qrup mərhələsi, III tur
2 dekabr
H qrupu
19:00. Qana - Uruqvay
19:00. Cənubi Koreya - Portuqaliya
Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.
G qrupu 
                       
                                             
                            
                            
23:00. Kamerun - Braziliya
23:00. Serbiya - İsveçrə
Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.
Emin