Belçika millisinin baş məşqçisi istefa verdi

22:02 - 1 Dekabr 2022 - İDMAN

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis Belçikanın pley-off mərhələsinə vəsiqə qazana bilmədiyi üçün Belçika yığmasının baş məşqçisi vəzifəsindən istefa verib.

Mütəxəssis oyunsonrası mətbuat konfransında istefa verdiyini açıqlayıb.
“Bu, komanda ilə son oyunum idi. Emosional andır. Mən davam edə bilmərəm. Futbolçular və heyətlə sağollaşdım. Dünya çempionu olsaq da, onsuz da gedəcəkdim. 2022-ci il dünya çempionatından əvvəl qərar verdim”, - Martinez deyib.

Martinez 2016-cı ildən Belçikaya rəhbərlik edib və DÇ-2018-də onlarla üçüncü yeri tutub. Dünya çempionatının qrup mərhələsinin III turu çərçivəsində Xorvatiya Belçika ilə qarşılaşıb. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu heç-heçədən sonra dörd xal toplayan Belçika üçüncü olub və dünya çempionatını tərk edəib.

Qeyd edək ki, Belçika son 24 ildə ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazana bilmədi.

Emin

Xəbər xətti