Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
 Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib. 
                       
                                             
                                                        
“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.///unikal