Mbappe və Fernandes ən məhsuldar oyunçulardır

12:23 - 29 Noyabr 2022 - İDMAN

 Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Ucnoqta.az xəbər verir ki, Fransa yığmasının hücumçusu Kilian Mbappe və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes turnirin ən məhsuldar oyunçularıdır.

Hər iki oyunçunun  aktivində Dünya Kuboku matçının iki oynunda dörd faydalı hərəkət var. Fransız futbolçu 3 qol və 1 məhsuldar ötürmə, portuqaliyalı isə DÇ-2022-nin iki oyununda 2 qol və 2 məhsuldar ötürmə edib.

Artıq hər iki komanda pley-offa vəsiqəni təmin edib.

Xəbər xətti