Çempionlar Liqası tarixinin ən yaxşı assistentlərinin siyahısı dərc olunub.
Ucnoqta.az xəbər verir ki, siyahıda ilk yerdə Kristiano Ronaldu qərarlaşıb. Lionel Messi ikinci yerdədir. O, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Yuventus" matçında Kilian Mbappeyə məhsuldar ötürmə edib. Bununla da onun Çempionlar Liqasında məhsuldar ötürmələrinin sayı 40-a çatıb və bu göstəriciyə görə tarixdə ikincidir. Onu Kristiano Ronaldudan 2 məhsuldar ötürmə ayırır. Ronaldu hələ də 42 məhsuldar ötürmə ilə liderdir. Lakin bu mövsüm “Mançester Yunayted”in hücumçusu statistikasını yaxşılaşdıra bilməyəcək – o, klubla Avropa Liqasında çıxış edir.
"Yuventus"un vingeri Anxel Di Maria 38 məhsuldar ötürmə ilə üçüncüdür. Dördüncü yeri Çempionlar Liqasında 33 məhsuldar ötürmə ilə Paris Sent-Jermenin hücumçusu Neymar tutur.