Ucnoqta.az
www.ucnoqta.az

Ponaldu Messidən öndədir - <font color=red><b>Siyahı</b></font>

12:40 - 3 Noyabr 2022 tarixində dərc olunub.

 Çempionlar Liqası tarixinin ən yaxşı assistentlərinin siyahısı dərc olunub. 

Ucnoqta.az xəbər verir ki, siyahıda ilk yerdə Kristiano Ronaldu qərarlaşıb. Lionel Messi ikinci yerdədir. O, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun PSJ - "Yuventus" matçında Kilian Mbappeyə məhsuldar ötürmə edib. Bununla da onun Çempionlar Liqasında  məhsuldar ötürmələrinin sayı 40-a çatıb və bu göstəriciyə görə tarixdə ikincidir. Onu Kristiano Ronaldudan 2 məhsuldar ötürmə ayırır. Ronaldu hələ də 42 məhsuldar ötürmə ilə liderdir. Lakin bu mövsüm “Mançester Yunayted”in hücumçusu statistikasını yaxşılaşdıra bilməyəcək – o, klubla Avropa Liqasında çıxış edir.

"Yuventus"un vingeri Anxel Di Maria 38 məhsuldar ötürmə ilə üçüncüdür. Dördüncü yeri Çempionlar Liqasında 33 məhsuldar ötürmə ilə Paris Sent-Jermenin hücumçusu Neymar tutur.

Müəllif: