Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su ötən gecə Çempionlar Liqasının qrup mərhələsində mövsümün sonuncu oyununa çıxıb.
Ucnoqta.az xəbər veri ki, xorvatlar səfərdə “Çelsi” ilə qarşılaşıb.
Zaqreb klubunun 1:2 hesabı ilə uduzduğu matçda Mahir Emreli də meydana çıxıb. O, 70-ci dəqiqədə oyuna daxil olub və sona qədər mübarizə aparıb.
Yığmamızın forvardı bu matça çıxmaqla diqqət çəkib. O, xarici klublarda çıxış edib Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk azərbaycanlı futboçu kimi tarixə düşüb.///qafqazinfo