Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emreli “Çelsi”yə qarşı oynamaqla tarixə düşdü - <font color=red><b>Video</b></font>

10:41 - 3 Noyabr 2022 tarixində dərc olunub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su ötən gecə Çempionlar Liqasının qrup mərhələsində mövsümün sonuncu oyununa çıxıb.

Ucnoqta.az xəbər veri ki, xorvatlar səfərdə “Çelsi” ilə qarşılaşıb.

Zaqreb klubunun 1:2 hesabı ilə uduzduğu matçda Mahir Emreli də meydana çıxıb. O, 70-ci dəqiqədə oyuna daxil olub və sona qədər mübarizə aparıb.

Yığmamızın forvardı bu matça çıxmaqla diqqət çəkib. O, xarici klublarda çıxış edib Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk azərbaycanlı futboçu kimi tarixə düşüb.///qafqazinfo

 

Müəllif: