UEFA "Qarabağ"a ödəniş edib

11:44 - 1 Noyabr 2022 - Xəbər

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Xəbər xətti