Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İsmayıllı rayonu ərazisində keçirilmiş reyd zamanı İsmayıllı kəndində Zülfiyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində istehlaka yararsız 3 baş at cəmdəyi (300 kq) aşkar olunub.
Bu barədə Ucnoqta.az-a AQTA-dan xəbər verilib.
Bildirilib ki, müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmalar davam etdirilir.