İcra başçısının müavini vəzifəsindən azad olundu

20:37 - 31 Oktyabr 2022 - Xəbər

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.

O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.

R.Qurbanovun yerinə hələ təyinat yoxdur.

Xəbər xətti