Oğuzda sərnişin daşıyan avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.
Hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndində baş verib.
Hələ ki şəxsiyyəti müəyyənləşməyən Oğuz rayon sakini idarəetməni itirib. O, “Ford” markalı avtomobili hərəkətdə olan traktorun qoşqusuna vurub.
Qəzadan sonra avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.///apa