"Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub".
Bu barədə Ucnoqta.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.
O bildirib ki, polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıb və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb:
"Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər".