İsmayıllıda koronavirus xəstəsi mal otararkən SAXLANILDI

15:41 - 31 Oktyabr 2022 - Cəmiyyət

İsmayıllı rayonunda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, rayonun Göytəpə kənd sakini Elvin Əliyev (ad-soyad şərti) COVID-19 testinin nəticəsinin pozitiv çıxmasına baxmayaraq, özünütəcrid qaydalarına əməl etməyib və yaşadığı evi tərk edib.

O, özünə və kənd sakinlərinə məxsus olan 60 baş iribuynuzlu heyvanı otarmağa gedib, yaşadığı evdən 2 kilometr məsafədə uzaqlaşıb. Polis əməkdaşları onun yaşadığı evi tərk etdiyindən xəbər tutublar. Koronavirus xəstəsi heyvanları otararkən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Xəbər xətti