Ermənistan hərbi büdcəsini artırır

13:34 - 31 Oktyabr 2022 - Xəbər

Ermənistan 2023-cü ildə müdafiə üçün 1,2 milyard dollardan çox vəsait ayıracaq

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, müdafiə xərcləri 2023-cü il dövlət büdcəsi layihəsinə əsasən 506 milyard dram (təxminən 1,28 milyard) təşkil edəcək.

Maliyyə naziri Tiqran Xaçatryan bazar ertəsi 2023-cü ilin dövlət büdcəsi layihəsi üzrə parlament dinləmələrində bildirib ki, bu, 2022-ci ilin büdcəsindən 35% çox olacaq və ÜDM-in 5%-nə çatacaq.

Xəbər xətti