Narazılığa səbəb olan “VAZ dairəsi”ndə yeni döngə istifadəyə verildi - FOTO

12:14 - 31 Oktyabr 2022 - Cəmiyyət

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılıb.

Ucnoqta.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, ərazidə zəruri yol nişanları quraşdırılaraq, üfiqi nişanlanma xətləri çəkilərək yeni geri dönmə sürücülərin istifadəsinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl “VAZ dairəsi”nin bağlanması bu istiqamətdə hərəkət edən insanların yolunun təxminən 6 kilometr uzanmasına səbəb olmuşdu və hərəkətin təşkilində edilmiş dəyişiklik kütləvi narazılıqla qarşılanmışdı.


Xəbər xətti