Erməni mətbuatının iddiasına görə bir müddət əvvəl Xankəndiyə köçən rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki mitinqin çoxminli olması üçün böyük xərc çəkib.
Ermənistandan avtobusla gələnlərə əlavə pul mükafatı verilib, Xankəndi ətrafındakı rayonlardan gələnlərə isə pulsuz benzin təşkil edilib. Mitinq iştirakçılarının su və qida ilə təminini də Ruben Vardanyan öz üzərinə götürüb.
"Rusiya layihəsi" olduğu bildirilən Ruben Vardanyanın noyabrın 1-dən qondarma qurumun dövlət naziri olacağı gözlənilir.