“Körpələrin yaxınları tərəfindən atılıb-tutulması təhlükəlidir” - SN-in eksperti

16:00 - 12 Oktyabr 2022 - Cəmiyyət

“Körpələrin yaxınları tərəfindən atılıb-tutulması təhlükəlidir”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, bu, xüsusilə də 1 yaşdan aşağı körpələr üçün keçərlidir:

“Çünki körpələrin başı ani hərəkətlərə tab gətirmir və beyin silkələnməsi ola bilər. Həmçinin körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər. Odur ki, körpəni atıb-tutmaq oyun kimi görünsə də təhlükəlidir”.///report

Xəbər xətti