Kamran Əliyev Gəncədə səfərdədir

09:25 - 12 Oktyabr 2022 - Xəbər

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.

Ucnoqta.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə şəhərində səfərdədir. O, Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkəcək.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər və Kəlbəcər, Samux, Göygöl rayon üzrə vətəndaşları qəbul edəcək.

 

Xəbər xətti