Yaşayış binasında yanğın zamanı iki nəfər xəsarət alıb - (YENİLƏNİB)

19:44 - 1 Oktyabr 2022 - HADİSƏ

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən on yeddi mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 nəfər bina sakini yüngül xəsarət alıb.



17:54

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yaşayış binasında baş verən yanğın söndürülüb. 


Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

İlkin məlumata əsasən, yanğın 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. 

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.


17:16

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir, yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər xətti